İranda ötən sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 50 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bununla da ölkədə bu virusdan ölənlərin sayı 131 083 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1968 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6170979 nəfərə çatıb.