"Yaxın günlərdə İstanbuldan İrəvana hava reyslərinə başlanacaq".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, daha əvvəl “Atlas” beynəlxalq şirkəti uçuşlar həyata keçirirdi.
"Bəzi şirkətlər İstanbul-İrəvan reysi üzrə uçmaqla bağlı bir sıra tələblər irəli sürüb. Müvafiq qurumlarımız bunlarla bağlı araşdırma aparır. Yaxın günlərdə şirkətlərimiz uçuşlara başlayacaq. Bütün bu addımları Azərbaycanla koordinasiya edərik atırıq. Bundan sonra da belə olacaq", - deyə Çavuşoğlu söyləyib.