Milli Məclisin bu gün keçirilən iclasında “Büdcə sistemi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
"Unikal"ın məlumatına görə, layihədə büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunub.
“Büdcə sistemi haqqında” qanun layihəsində mövcud anlayışlara, deputatlar, o cümlədən Hesablama Palatası tərəfindən qaldırılan bir sıra məsələlərə də yenidən baxılıb, sənəd yeni redaktədə dəqiqləşdirilib.
“Büdcə sistemi haqqında” qanunda edilən dəyişikliklərə uyğun olaraq, “Dövlət borcu haqqında” qanuna da dəyişikliklər təklif olunur. Burada əsasən dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu ilə bağlı məsələlər öz əksini tapıb.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib.