Fransanın Le-Mans şəhərində 5-11 yaş arası 6 uşağa peyvənd mərkəzində səhv vaksin vurulub.
"Unikal" xəbər verir ki,uşaqlara həddindən artıq dozada və fərqli yeni növ koronavirus (COVID-19) peyvəndi vurulduğu aşkarlanıb. Bu barədə Le-Mans Regional Sağlamlıq Agentliyi açıqlama yayıb.
Məlumatda, 5-11 yaş arası uşaqlara normal olaraq 10 milliqram pediatrik və 20 milliqram Pfizer Comirnaty vurulduğu qeyd olunub. Azyaşlılar xəstəxanaya yerləşdirilib.
Səhv peyvənd vurulması ilə bağlı cinayət işi açılıb.