Bakıda avtomobil 8 yaşlı uşağı vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Fatmayı bağları massivində qeydə alınıb.

2002-ci il təvəllüdlü Fəxri Xubyarov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Ömər Ələsgərovu vurub. 8 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.