Qırğızıstanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının komandanı İslambek Kenjekulov saxlanılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Baş Prokurorluğunun mətbuat xidməti məlunat yayıb. Belə ki, İslambek Kenjekulov ötən gecə paytaxtı Bişkekdə Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən yaxalanıb.
Bildirilib ki, bir müddət əvvəl Hərbi Prokurorluq tərəfindən Daxili Qoşunlarda vəzifəli şəxslərin maliyyə vəsaiti mənimsəməsi faktı üzrə cinayət işi başlanılıb. Dəyən ziyan 33 milyon 946 min 866 somdur (təxminən 400 min ABŞ dolları).
Araşdırmalar aparılır.