Nigeriyada qadın hərbçi xidmətdə olarkən evlilik təklifini qəbul etdiyi üçün həbs edilib.
"Unikal" xəbər verir ki, orduda xidmət edən qadın evlilik təklifini qəbul etməsinin videosunu sosial media hesabından paylaşıb.
Çoxsaylı sosial şəbəkə istifadəçiləri cütlüyə təbrik mesajları göndərib. Lakin bu görüntülərə ordudan müsbət cavab almayıb.
Nigeriya ordusunun sözçüsü, qadın əsgərin ordunun davranış kodeksini və sosial media siyasətini pozaraq "formada olarkən romantikaya qapıldığını" söyləyərək, onu həbs edib.
Gülayə Mecid