Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ilin sonuna kimi daha bir görüş keçirilə bilər.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilir ki, görüşün Rusiyada keçiriləcəyi təxmin edilir.
“İlham Əliyev və Nikol Paşinyanın Brüssel görüşü bu il keçirilən sonuncu görüş olmaya bilər. XİN-dəki mənbəmizin verdiyi məlumata görə, Azərbaycan və Ermənistan liderləri bu il daha bir görüş keçirəcəklər və bu, Rusiyada baş tutacaq”, - deyə KİV-lərdə məlumat yayılıb.