ABŞ Dövlət Departamenti regionda Rusiyadan gələn təhlükənin artdığını əsas gətirərək, öz vətəndaşlarına Ukraynaya səfərdən çəkinmələri barədə xəbərdarlıq edib.
"Unikal" xəbər verir ki, departament həmçinin regionda Rusiyadan gələn təhlükənin artması ilə bərabər koronavirus pandemiyası, bəzi bölgələrdə artan cinayət və vətəndaş iğtişaşlarını əsas gətirərək ABŞ vətəndaşlarından Ukraynaya səyahətdən çəkinməyi xahiş edib.
"ABŞ vətəndaşları Rusiyanın Ukraynaya qarşı böyük hərbi əməliyyata hazırlaşdığı xəbərindən xəbərdar olmalıdırlar. ABŞ vətəndaşlarına xatırladılır ki, təhlükəsizlik şəraiti gözlənilməzdir və xüsusilə də Ukrayna sərhədləri boyunca Rusiyanın işğal etdiyi Krımda və Rusiyanın nəzarətində olan Ukraynanın şərqində təhlükəsizlik şəraiti azacıq da olsa pisləşə bilər", - bəyanatda deyilir.
Ağarza Elçinoğlu