Mingəçevirdə ağacdan yıxılaraq komaya düşən şəxs ölüb.

"Unikal"-ın məlumatına görə, günorta saatlarında ağacdan meyvə yığarkən yıxılan 1956-cı il təvəllüdlü Nazim Allahverdiyevi həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb və o keçinib.

Faktla bağlı araşdırma aparılır.

xxx

13:53

Mingəçevirdə bədbəxt hadisə baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Kür çayı sahilində yerləşən bağ təsərrüfatlarından birində qeydə alınıb. Ağacdan xurma yığan, kimliyi hələlik məlum olmayan kişi yerə yıxılaraq komaya düşüb. O, boyun nayihəsindən sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, hadisə sifarişlə meyvə yığdırmaq niyyətində olan şəhər sakinlərindən birinin fərdi təsərrüfatında baş verib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradlı