Rusiya prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin Kollegiyasının iclasında Qərbin təcavüzkar hərəkətlərinin davam edəcəyi təqdirdə hərbi və texniki tədbirlər görmək hüququna malik olduğunu deyib.
"Unikal" xəbər verir ki, Putin həmçinin NATO-nun şərqə doğru irəliləməsi ilə bağlı narahatlığını ifadə edib.
"Rusiya hər addımda bir şəkildə cavab verməli idi. Hər addımda vəziyyət davamlı olaraq pisləşirdi. Münasibətlərimiz yaxşı olsa da, ABŞ Şimali Qafqazda separatçı hərəkata başladı, NATO-nu dəstəklədi, genişləndirdi.
ABŞ bütün bu hərəkətləri Soyuq Müharibədə qazanılan qələbənin ruh yüksəkliyi və o zamankı vəziyyəti yanlış qiymətləndirməsi səbəbindən həyata keçirdi. Bu gün elə bir vəziyyətdəyik ki, bəzi şeylərin həlli yollarını tapmalıyıq.
NATO və ABŞ-ın raket kompleksləri Ukraynaya gələrsə, raketlərin Moskvanı vurma müddəti 7-10 dəqiqəyə qədər azalacaq, hipersəs raketləri də 5 dəqiqəyə qədər yerləşdirilib. Bu, Rusiya üçün ən ciddi vəziyyətdi. Qərb həmkarlarımızın açıq-aşkar aqressiv münasibəti davam edərsə, biz hərbi-texniki tədbirlər görəcəyik və qeyri-dost addımlara kəskin cavab verəcəyik", - Putin qeyd edib.
Ağarza Elçinoğlu