Rusiyanın fiqurlu konkisürmə üzrə olimpiya çempionu Dmitri Solovyov naməlum şəxslərin hücumuna məruz qalıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, hadisə paytaxt Moskvada baş verib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 32 yaşlı idmançı xəstəxanaya yerləşdirilib. İnsidentlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Dmitri Solovyov 2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarınını komanda yarışlarında qızıl medal qazanıb.