Bu ilin yanvar-noyabr aylarında neft-qaz sektoruna 4 milyard 854,1 milyon manatlıq vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən "Unikal"-a bildirilib ki, qeyri neft-qaz sektorunun inkişafına sərf edilmiş 6 milyard 854 milyon manatlıq vəsaitin 1 milyard 214,9 milyon manatı (ümumi sərmayənin 10,4 faizi) qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib.