Niderland "Ayaks"ının əsas qapıçısı Andre Onana "İnter"ə keçəcək.

"Unikal" xəbər verir ki, 25 yaşlı qolkiper "nerrazzura" ilə razılığa gəlib. Milan təmsilçisinin 2022-ci ilin yayında Onana azad agent kimi heyətinə cəlb edəcəyi bildirilib. Tərəflərin artıq yanvarda müqavilə bağlayacağı qeyd olunub.

Qeyd edk ki, "Barselona"nın yetirməsi olan kamerunlu qapıçı 2015-ci ildən "Ayaks"da çıxış edir.