Bərdədə 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki rayonun Şirvanlı kənd sakin 1971-ci il təvəllüdlü Bağırov Səxavət Kamal oğlunun idarə etdiyi "Opel" markalı minik avtomobili Şirvanlı kənd sakini 1985-ci il təvəllüdlü Məmişov Rəşad Sabir oğlunun idarə etdiyi "Qaz 3110" markalı minik avtomobili ilə toqquşub.
Qəza zamanı hər iki sürücü və "Qaz 3110" sərnişin Şirvanlı kənd sakini 1984-cü il təvəllüdlü Süleymanov Elgün Saday oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə, hadisə yerinə çağrılan Təcili Tibb Yardım birqadasının köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Həsən Adıgözəlov