Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, qəza Zabrat qəsəbəsində baş verib.

1993-cü il təvəllüdlü Səmədov Coşqun Həmid oğlu yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onu avtomobil vurub. Qəza nəticəsində xəsarət alan C.Səmədov xəstəxanaya yerləşdirilib.