"YAŞAT" Fondu tərəfindən Türkiyədə müalicəsi davam etdirilən Vətən müharibəsi qaziləri “Baykar Savunma” şirkətinə məxsus olan istehsal fabrikində olublar. Qazilərimiz şirkətin istehsal sahəsində "TB2", "TB3", "Akıncı" kimi PUA-ları ilə tanış olublar.

"Unikal" xəbər verir ki, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar qonaqlara şirkətin yaradılması tarixi, fəaliyyət istiqamətləri və gələcək prioritetlərə dair təqdimat edib, müxtəlif istiqamətlərdə müzakirələr aparılıb.

Qazilərimizə, həmçinin şirkət tərəfindən hazırlanan Vətən müharibəsində qazanılan parlaq qələbəyə həsr olunan marka və "Akıncı"  PUA-nın maketi təqdim olunub.