Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən işğaldan azad olunmuş ərazilərdə “Azərişıq” ASC tərəfindən görülmüş işlərdən bəhs edən “İşıqlı Qarabağ” sənədli filmi hazırlanıb.

"Unikal" xəbər verir ki, filmdə Cəbrayıl rayonu və Hadrut qəsəbəsinə hələ müharibə davam edən vaxtlarda elektrik xətlərinin çəkilməsindən, eləcə də Zəngilan, Qubadlı rayonları və Şuşa şəhərində görülən işlərlə bağlı real kadrlar və müsahibələr təqdim edilir.

Həmçinin sənədli filmdə Kəlbəcər rayonu ərazisində Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən görülən işlərdən bəhs edilir. Xüsusilə də qarlı və şaxtalı günlərdə Hərbi hissələrə elelktrik xətlərinin çəkilişində iştirak edən “Azərişıq” əməkdaşlarının fəaliyyəti “İşıqlı Qarabağ” sənədli filmində real kadrlarla göstərilir.

 Filmə qurumun rəsmi youtube səhifəsində baxa bilərsiniz: