Rusiya məhkəməsi "Google"u qadağan olunmuş məzmunu silmədiyinə görə rekord məbləğdə cərimələyib.
"Unikal" xəbər verir ki, Moskva məhkəməsi "Google"u Rusiya hakimiyyətinin tələblərinə baxmayaraq qadağan olunmuş məzmunu silmədiyinə görə, 98,1 milyon dollar cərimə yazıb.
"Google" həmçinin 2015-ci ildə qaldırdığı iddiaya görə 450 milyon rubl cərimə ödəyib Qərar ilk dəfədir ki, bir İT şirkəti Rusiyada dövriyyəsinin miqyasına görə maliyyə cəzaları ilə üzləşir.
Dövriyyə cəzası Rusiya İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ən sərt cəzadır və təkrar pozuntular üçün tətbiq edilir.