Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 133 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 18 910 nəfər COVID-19 infeksiyasına yoluxub, 20 351 nəfər isə sağalıb.