Ucarda minik avtomobili yanıb.

"Unikal" xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonunun Alpout kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Ələmdar oğlu Cabbarova məxsus 99 CL 447 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını dayanıqlı halda anidən alovlanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvə cəlb olunub.