Luis Suares "Atletiko"dan ayrıla bilər.

"Unikal" UOL-a istinadən  xəbər verir ki, uruqvaylı forvard Brazilyanın "Korintias" klubuna keçmək istrəyir. 34 yaşlı hücumçunun "matrasçılar"la  müqaviləsi bu mövsümün sonu başa çatır.

Suaresin adı ingiltərəli sabiq futbolçu Devid Bekhemin sahib olduğu  "İnter"lə  ( Maimi ) hallanır.

Qeyd edək ki, Suares bu mövsüm Madrid klubunun heyətində 24 maçta 8 qol və 2 məhsuldar ötürmə edib.