Dekabrın 26-da Varşavada blits və rapid üzrə dünya çempionatı start götürəcək.
“Unikal” xəbər verir ki, kişilər arasında Azərbaycanı Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə təmsil edəcəklər.
Qadınların turnirində isə Gülnar Məmmədova, Türkan və Zeynəb Məmmədyarovalar, Xanım Balacayeva və Gövhər Beydullayeva güclərini sınayacaqlar.
Dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.
Qeyd edək ki, son dünya çempionatında - 2019-cu ildə Moskvada keçirilən analoji yarışda kişilər arasında Maqnus Karlsen həm rapid, həm də blits üzrə yarışların qalibi olub. Qadınların yarışında isə Hindistan şahmatçısı Humpu Koneru rapid, rusiyalı Katerina Laqno isə blits üzrə dünya çempionatının qalibi adını qazanıblar.