Türkiyədə uzaqmənzilli və yüksəklikdəki hədəfi məhv edən hava hücumundan müdafiə sistemi olan HİSAR O+ sınaqdan keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası yanında Müdafiə Sənayesi şöbəsinin müdiri İsmayıl Dəmir Tvitterdə məlumat verib.
Milli hava hücumundan müdafiə raket sistemimiz HİSAR O+ inventara girməzdən əvvəl son qəbul atışında yüksək hündürlükdə yüksək sürətli hədəfi məhv etdi. HİSAR O+ hazırda bütün elementləri ilə tam gücü ilə işləyir. Şanlı ordumuza uğurlar arzu edirik", - İ.Demir deyib.
Bildirilib ki, sınaq atışları ilə davam edən uzun mənzilli hava hücumundan müdafiə sisteminin 2023-cü ildə istifadəyə hazır olması gözlənilir.
Qeyd edək ki, HİSAR O+ Prezident Administrasiyası yanında Müdafiə Sənayesi layihəsi olaraq Aselsan-Roketsan ilə əməkdaşlıqda yerli və milli səviyyədə hazırlanıb. Döyüş başlığı isə TÜBİTAK SAGE tərəfindən hazırlanıb. 360 dərəcə effektivliyə malik olan sistem eyni anda ən azı 9 hədəfi vura və atəşə tuta bilir. HİSAR O+ sisteminin qarşısının alınması məsafəsi 25 km-ə çatır.