Məktub yazıb, özünü güləllədi
13:45 19-02-2013
KRİMİNAL
Sumqayıt şəhərində dəhşətli intihar olub.
Şəhər Prokurorluğundan verilən məlumata görə, dünən şəhər sakini olan 52 yaşlı Ədalət Quliyev “Vinçester” markalı silahla özünü öldürüb. O, tüfəngin lüləsini ağzına dirəyərək atəş açıb. Açılan atəş onun baş hissəsini dağıdıb. Milli.Az-ın əldə etdiyi məlumata görə, uzun müddət Neft Şirkətində çalışan Ədalət Quliyev özünü öldürməmişdən əvvəl məktub da yazıb. O, məktubunda "Həyatdan bezmişəm” yazaraq özünü öldürüb. Mərhumun imkanlı şəxs olduğu da bildirilir.
Sumqayt şəhər prokuroru Dağlar Zeynalov faktı təsdiq etsə də, onun özünü öldürməsinin səbəbinə istintaqın gedişində aydınlıq gətiriləcəyini bildirdi.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.
Digər Xəbərlər
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52