Avropada 2021-ci ilin ən yaxşı idmançısı müəyyənləşib.
"Unikal" xəbər verir ki, Polşa Mətbuat Agentliyinin (PAP) keçirdiyi sorğuda dünya tennisinin lideri Novak Cokoviç birinci yeri tutub.
Serbiyalı idmançı 172 xal toplayıb. Polşa millisinin və "Bavaiya"nın hücumçusu Robert Levandovski 133 xalla 2-cidir. 3-cü yeri isə 125 xalla niderlandlı pilot, "Formula 1" üzrə dünya çempionu Maks Ferstappen tutub.
Beləliklə, Cokoviç PAP-ın sorğusunda dördüncü dəfə qalib adını qazanıb. Daha əvvəl o, 2011, 2015 və 2018-ci illərdə bütün rəqiblərini üstələməyi bacarıb. Bu il 34 yaşlı tennisçi Böyük Dəbilqə seriyalı turnirlərdən "Australian Open", "Roland Garros" və "Wimbledon"un qalibi olub.