İngiltərə Premyer Liqasında 20-ci turun daha bir oyunu koronavirusa görə təxirə salınıb.

"Unikal" xəbər verir ki, “Arsenal” – “Vulverhempton”  matçı əvvəlcədən nəzərdə tutulduğu kimi dekabrın 28-də keçirilməyəcək.

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Buna səbəb kimi “Vulverhempton”da koronavirusa kütləvi yoluxma göstərilib. 
 
Matçın nə vaxt keçiriləcəyinə daha sonra qərar veriləcək.

Qeyd edək ki, 20-ci turun "Lids" - "Aston Villa" matçı da koronavirus səbəbindən təxirə salınıb.