"Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatının iki ildən bir məruzə edilməsini təklif edilib".

"Unikal" xəbər verir ki, bu təkliflə parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova çıxış edib.

Deputat bildirib ki, 2022-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-də böyük məruzə ilə Azərbaycan adından hesabatla çıxış edəcək: “Bu, çox məsuliyyətli işdir”.

Spiker isə bildirib ki, qanunla məlumat hər il təqdim edilməlidir: “Hələlik qanuna dəyişiklik məsələsi yoxdur”.

Anar Kəlbiyev