"Cənub və aran regionlarında qızların ali təhsil xərclərini dövlət öz üzərinə götürsün".

"Unikal" xəbər verir ki, bu təkliflə parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev çıxış edib. Deputat bildirib ki, bir neçə gün əvvəl İmişlidə yüzə qədər qadınla görüş keçirib:

"Müzakirələrdən məlum oldu ki, hətta Aran regionlarında qızlar universitetə qəbul olsa da, ödənişli əsaslarla olduğu halda valideynləri qızların ali təhsil almasına imkan vermir. Bu məsələni həll etmək üçün onların təhsil haqqını dövlətin öz üzərinə götürməsini təklif edirəm".

Anar Kəlbiyev