Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

"Unikal"ın məlumatına görə, sərəncama əsasən, 3 nəfər "general-leytenant", 1 nəfər isə "general-mayor" rütbəsi alıb. 

"General-leytenant" rütbəsi alanlardan biri tanınmış alim Həsən Mirzəyevin oğlu Yusif Mirzəyevdir. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisidir. Onun atası H.Mirzəyev isə Milli Məclisin I çağırış deputatı olub.

Ali hərbi rütbəyə layiq görülən digər şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini Zaur Abdullayevdir. Ona "general-leytenant" rütbəsi verilib.

Digər "General-leytenant" rütbəsi alan Mayıl Şahverdiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavinidir.

"General-mayor" rütbəsi verilən Çingiz Kiçibəyov isə Səfərbrlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin rəisidir.

Murad İbrahimli