“Mançester Siti”nin futbolçusu Ferran Torres İspaniyaya yollanıb.
"Unikal" xəbər verir ki, “Barselona” ilə razılaşan ispaniyalı hücumçu tibbi müayinədən keçmək üçün İspaniyaya gedib. Kataloniya klubu Torresin keçidini yaxın zamanda açıqlayacaq.
Qeyd edək ki, İspaniya mətbuatının yazdığına görə, "Barselona" Torresin keçidi üçün “Mançester Siti”yə 55 milyon avro və bonuslar ödəyəcək.