İranda ötən ilin 25 mayından sonra ilk dəfə koronavirus (COVID-19) nəticəsində sutka ərzində ölənlərin sayı 34 nəfərədək azalıb.
"Unikal"ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
İranda ötən sutka ərzində 1 967 nəfər koronavirusa (COVID-19) yoluxub, 34 nəfər ölüb.
Bununla da İranda bu virusdan ölənlərin sayı 131 434 nəfərə, yoluxanların sayı isə 6 186 729 nəfərə çatıb. Virus daşıyıcılarından 2 766 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 6 028 495 nəfər koronavirusdan sağalıb, 41,5 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 117 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 59,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51,4 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 6,34 milyon təşkil edir.