Çinin Şanxay şəhərində süni intellekt ilk dəfə prokurorluğun ittiham aktının mətnini tərtib edib.
"Unikal" xəbər verir ki, "rəqəmsal prokuror" ittihamları 97 faiz dəqiqliklə irəli sürür.
Qeyd olunur ki, süni intellekt prokurorluq bacarıqlarını 2015-2020-ci illər ərzində 17 mindən çox məhkəmə işini öyrənməklə əldə edib.
Hazırda "rəqəmsal prokuror" daha geniş yayılmış 8 cinayət üzrə ittiham irəli sürə bilir. Bu aktlara kredit kartları ilə fırıldaq, mərc oyunlarının təşkili, yol-nəqliyyat qaydaları, oğurluq kimi qanun pozuntuları daxildir.
Mütəxəssislərin fikrincə, gələcəkdə süni intellekt daha çox ək-səda doğuran qayda pozuntuları ilə bağlı da ittihamlar irəli sürə biləcək.