İndiyədək dünyada COVID-19 infeksiyası əleyhinə vurulan peyvənd dozalarının sayı 9 milyardı ötüb.
“Unikal” “TASS”a istinadla xəbər verir ki, vurulan 9,002 milyard vaksin dozalarının yarıdan çoxu (4,76 milyard) üç ölkənin – Çinin (2,77 milyard), Hindistanın (1,4 milyard) və ABŞ-ın (0,5 milyard) payına düşür.
Bununla belə, dünyada nə qədər insanın tam vaksinasiya kursunu keçdiyini müəyyən etmək mümkün deyil. Belə ki, bəzi ölkələr koronavirus əleyhinə təsdiqlənmiş vaksinlərin və vurulan peyvəndlərin yalnız sayını açıqlayır. Eyni zamanda, artıq bir sıra ölkələrdə revaksinasiya (buster dozası) prosesi başlanılıb.