İspaniya "Barselona"sının iki futbolçusu koronavirusa yoluxub.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçilər Dani Alveş və Kleman Lanqlenin COVI-19 testləri müsbət çıxıb.
Hər iki oyunçu komandadan təcrid olunaraq, karantinə alınıb.
Qeyd edək ki, "Barselona" növbəti oyununu 2022-ci il yanvarın 2-də La Liqada "Malyorka"ya qarşı keçirəcək. Futbolçular bu qarşılamada meydana çıxa bilməyəcəklər