Rabitəbank daha rahat və sürətli ödənişlərin tətbiqinə başlayıb. Artıq Bankın Mastercard kartına sahib müştəriləri alış-veriş zamanı və ya hər hansı bir xidmətdən istifadə edərkən ödənişi öz smartfonları vasitəsilə həyata keçirə bilərlər. Bunun üçün Rabitəbank müştərisinə NFC dəstəkləyən Android platformalı smartfon və Rabita Mobile-da qeydiyyatdan keçirilmiş hər hansı Rabitəbank Mastercard kartı lazım olacaq. Ödəniş üçün Rabita Mobile tətbiqinə daxil olmağa ehtiyac yoxdur, sadəcə smartfonun ekran kilidini açmaq və smartfonu POS-terminala yaxınlaşdırmaq kifayətdir. NFC texnologiyasının üstünlükləri nələrdir? Smartfon vasitəsilə ödənişlər sürətli və ani həyata keçirilir, nəticədə kassada daha az vaxt sərf edilir. Pulqabında çoxlu kart saxlamağa və ödəniş zamanı müvafiq kartı və ya nağd pul axtarmağa ehtiyac qalmır. Smartfon həmişə əl altında olur.
"Unikal" xəbər verir ki, bundan başqa NFC ödəniş üçün bir deyil, bir neçə Mastercard kartınızdan istifadə edə bilərsiniz. Sadəcə tənzimləmələrdə NFC ödəniş üçün hansı kartın işlədilməsini seçmək lazımdır. Ödəniş təmassız qaydada həyata keçirildiyindən xüsusən hələ də aktuallığını qoruyan pandemiya şəraitində təhlükəsizlik qaydalarına riayət olunur.
Rabitəbank Mastercard kartınız olmasa belə, Rabita Mobile tətbiqini yükləyərək onlayn qaydada kart sifariş edə bilərsiniz (hhtp://rbt.az/rbm). Bank sektorunda innovativ texnologiyaları tətbiq edən aparıcı banklardan biri kimi Rabitəbankın yenilikləri bununla yekunlaşmır. Yaxın gələcəkdə yeni rəqəmsal bank həlləri tətbiq edərək müştərilərini sevindirməyə davam edəcək.