Erməni təxribatlarının qarşısını alarkən həyata keçirilən əməliyyatlarda iştirak edən və fərqlənən hərbi qulluqçular ümumilikdə 154 mindən artıq orden və medalla təltif olunub.

"Unikal" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, bu günə qədər 92 min medal və orden aidiyyəti üzrə təhvil verilib.

"Digər orden və medalların yoxlanması, bölüşdürülməsi prosesi davam etdirilir".