Sonuncu dəfə "Eşkiya dünyaya hükümdar olmaz" serialında "İlyas" obrazını canlandıran aktyor Ozan Akbaba "O səs Türkiyə"nin Yeni il buraxılışında çıxış edəcək.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor gecədə sözləri Rəsul Rzaya, musiqisi isə Tofiq Quliyevə məxsus "Sənə də qalmaz" mahnısını səsləndirib.

Sözügedən görüntülər "O səs Türkiyə"nin anonsunda öz əksini tapıb.

Qeyd edək ki, ötən ay Şuşada və Hadrutda olan O.Akbaba Qarabağ zəfərindən bəhs edən filmdə baş rolu canlandıracaq.