Zakir

Azərbaycanda bir neçə rayona yeni prokuror təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə, Baş Prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərə əsasən, Zərdab rayon prokuroru vəzifəsini icra edən Bəhruz İbrahimov həmin vəzifədən azad edilərək Lerik rayon prokuroru, Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Süleyman Süleymanov Zərdab rayon prokuroru vəzifəsinə təyin olunub.

Bundan əlavə, Fəxrəddin Məmmədov və Allahverdi Novruzov isə ikinci səlahiyyət müddətlərinə uyğun olaraq, Tovuz və Şəmkir rayon prokuroru vəzifələrinə təyin ediliblər.