Qazaxıstanın hüquq-mühafizə orqanları ölkənin bir sıra regionlarında baş vermiş aksiyalar zamanı 200-dən çox nümayişçini saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən ictimai asayişin pozulması hallarının qarşısının alınması və pozucuların saxlanılması istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilib.
Belə ki, qanuna zidd hərəkətlər nəticəsində daxili işlər orqanlarının 95 əməkdaşı xəsarət alıb, 37 xidməti avtomobilə ziyan dəyib.
Bildirilib ki, dövlət məmurlarına qarşı zorakılıq, xuliqanlıq, dövlət binalarına basqınlarla bağlı 13 fakt üzrə ibtidai istintaqa başlanılıb.