Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Bakıda güclü külək əsəcəyi ilə bağlı xəbərdarlıq edib.
Xidmətdən "Unikal"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 6-sı gündüzdən 7-si səhərədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 6-7-də qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.