Qazaxıstanın bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
Bundan əvvəl fövqəladə vəziyyət bir neçə bölgədə elan edilmişdi.
Fövqəladə vəziyyət mitinqlərin və insanların digər kütləvi toplaşmalarının qadağan edilməsini nəzərdə tutur. Ölkə ərazisində saat 23.00-dan 07.00-a qədər komendant saatı tətbiq olunub.