Ağ Evin sözçüsü Cen Psaki Qazaxıstandakı etirazların arxasında ABŞ-ın ola biləcəyi ilə bağlı iddiaları “dəlisov” adlandırıb.
"Unikal" xəbər verir ki, o, ənənəvi brifinq zamanı bu iddiaların Rusiya tərəfindən ortaya atıldığını bildirib.
Vaşinqton, həmçinin Qazaxıstanda nümayişçilərin dinc etiraz etmək hüququna hörmət etməyə və hakimiyyəti təmkinli olmağa çağırıb.