"KTMT-dəki tərəfdaşlarımıza müraciət etməyi məqsədəuyğun və zamanında olduğunu hesab edirəm".
"Unikal" "Sputnik-Qazaxıstan"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.
O, ölkədəki iğtişaşların qarşısının alınmasında kömək üçün KTMT ölkələrinin liderlərinə müraciət etdiyii vurğulayıb.
“Mən KTMT tərəfdaşlarına müraciət etməyi məqsədəuyğun və vaxtında hesab edirəm”, - Qazaxıstan lideri söyləyib.
Tokayev Qazaxıstanda baş verən iğtişaşları xarici təcavüz hesab edir. Bildirib ki, ölkədə iğtişaşlara səbəb olan terrorçu dəstələr xaricdə təlim keçib.