“Qazaxıstanda terrorçu dəstələr iri obyektləri ələ keçirir, təyyarələri qaçırırlar”.
"Unikal" RİA Novostiyə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışı zamanı deyib.
Prezident bildirib ki, terrorçu dəstələr Alma-Atıda xarici təyyarələr də daxil olmaqla 5 təyyarəni qaçırıblar.
Tokayev əlavə edib ki, Alma-Atıda və digər şəhərlərdə infrastruktur binalar ələ keçirilib: “Hazırda Alma-Atı yaxınlığında Müdafiə Nazirliyinin hava-desant bölməsi ilə terrorçu dəstələr arasında döyüş gedir”.