Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti ilə telefonla danışıb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Paşinyan bildirib ki, Qazaxıstandakı vəziyyətlə əlaqədar KTMT ölkələrinin başçıları ilə məsləhətləşmələrə başlayıb.
“Qazaxıstan prezidenti Tokayevlə telefonla danışdım. Qazaxıstan prezidentinin bəyanatını nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri kimi mən dərhal üzv dövlətlərin rəhbərləri ilə məsləhətləşmələrə başlayıram”, - deyə o qeyd edib.