Qazaxıstanın Almatı şəhərində təşkil olunan antiterror xüsusi əməliyyatı zamanı daha əvvəl etirazçılar tərəfindən ələ keçirilən hava limanı azad edilib.

"Unikal" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyası rəhbərinin müavini Yerjan Babakumarov bildirib.

"Şəhərdə xüsusi antiterror əməliyyatı başlayıb. Hava limanı azad olunub. O, adi iş rejiminə keçir", - Babakumarov jurnalistlərə deyib.

"Əməliyyat zamanı 2 hərbi qulluqçunun həlak olduğunu bildirilib. 

Xatırladaq ki, Almatıda şəhərdə asayişin bərqərar olması üçün xüsusi antiterror əməliyyatına başlayıb. Bu barədə “Kazinform” şəhər komendaturasının informasiya mərkəzinə istinadən məlumat yayıb.

Bildirilir ki, iğtişaşların radikal tərəfdarları şəhərə külli miqdarda ziyan vurub, hüquq-mühafizə orqanlarının asayişin bərpası və təhlükəsizliyin təmin edilməsi istiqamətində qanuni hərəkətlərinə müqavimət göstəriblər.

Almatı komendantı sakinləri sakit olmağa və konstitusiya quruluşunun yaradılmasında və ictimai təhlükəsizliyin yaradılmasında hüquq-mühafizə orqanlarına köməklik göstərməyə çağırıb.

***

00:18

Qazaxıstan hərbi qüvvələri Almatada anti-terror əməliyyatlarına başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstanın yerli qəzeti məlumat yayıb.

Həmçinin anti-terror əməliyyatı zamanı 2 qazaxıstanlı hərbçinin həlak olduğu da qeyd olunub. 

"Almata hava limanında keçirilən antiterror əməliyyatı zamanı Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin 2 hərbçisi həlak olub", - məlumatda deyilir.

Ağarza Elçinoğlu