İsrail ordusu Suriyanın Quneytra əyalətini tanklarla atəşə tutub.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı Suriyanın SANA xəbər agentliyi yayıb.
"İsrail işğalçıları Quneytra yaxınlığındakı Əl-Hurriyə kəndinin kənarını tanklardan atəşə tutublar. İşğalçıların (Suriyada İsrail nəzərdə tutulur) helikopterləri və kəşfiyyat təyyarələri ərazi üzərində intensiv uçuşlar həyata keçirir", - deyə məlumatda bildirilib.
İtkilər barədə hələki məlumat yoxdur.