Dünyada koronavirusa yoluxanların sayı 293 750 692 nəfər, ölənlərin sayı isə 5 454 131 nəfər olub.
"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.
Bildirilib ki, ilk dəfə olaraq son 24 saat ərzində koronavirusa yoluxanların sayı 2 294 039 nəfərə, ölüm sayı 7011 nəfərə çatıb.
Qeyd edək ki, sutka ərzində əvvəlki antirekord bu il yanvarın 1-də qeydə alınıb - 1 859 485 yoluxma.
Yoluxma halları ən çox ABŞ-da qeydə alınıb - 55 972 114. Sonrakı yerləri Hindistan (35 018 358), Braziliya (22 305 078), Böyük Britaniya (13 641 524) və Rusiya (10 585 984) bölüşür.
Ən çox ölüm halları da ABŞ-da olub - 821 408. Növbəti sıralarda Braziliya (619 209), Hindistan (482 551), Rusiya (313 015) və Meksika (299 581) qərarlaşıb.