Rusiyanın Tula vilayətinin Uzlovski rayonunda M4 federal magistralında kütləvi zəncirvari qəzalar baş verib.
"Unikal" xəbər verir ki, qəza zamanı həm minik, həm yük maşınları, həm də sərnişin avtobusları toqquşub.
Məlumata görə, Tula vilayətinin "Don" federal magistralında yarım saat ərzində ümumilikdə 120-yə yaxın avtomobilin iştirakı ilə bir neçə qəza baş verib.
Bildirilib ki, eyni yolun müxtəlif hissələrində baş verən qəzalarda ən çoxu 55, ən azı 7 maşın bir-birinə çırpılıb. Nəticədə bir neçə nəfər yaralanıb.
Qeyd olunub ki, sözügedən ərazi dağlıq olduğu üçün kəskin hava şəraiti idarəetməni çətinləşdirir.
Ağarza Elçinoğlu